Düşməninə qardaş desən
Düşməninə qardaş desənEvində kəsər başını,Süfrəsində sən aş yesən,Yemə, zəhərlər aşını.
Alar yatdığın yatağı,Tutar tikdiyin otağı,Olar torpağın ortağı,Mənimsəyər yurd daşını.Düşmənə açsan süfrəniYeyər, içər, danar səni.İstər ki, bölsün vətəni,Çəkər üstünə qoşunu.
Qardaş demə qəsbkara,Vurar sənə min bir yara.Yurdun olar para-paraAxıdarsan göz yaşını,Səni qılınclar böləndə,Doğmalar, dostlar öləndə,Gəlib üstünə güləndəTanıyarsan “qardaş”ını.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-dusmenine-qardas-desen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Nə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
GəlmişəmGəncə dağlarından, uzaq ellərdən,Əlbəttə ki, bir murada gəlmişəm.