Vətən bülbülü Zeynəb Xanlarovaya

Bir bülbülsən gül bağında,Söz gül açır dodağında,Min millətin torpağındaÖzü nəğmə olan Zeynəb!

Üzü göyçək, gözü göyçək,Dili şirin, sözü göyçək,Oxuyanda kövrək-kövrək,Ürəyə od salan Zeynəb!

Zilə qalxıb, bəmə enib,Məşəl kimi yanıb, sönüb,Hey... nəğməyə, şerə dönübKönlümüzə dolan Zeynəb!

Hərdən odlu, hərdən sərin,Oxuyanda şirin-şirin,Əfsunuyla nəğmələrinCanımızı alan Zeynəb.

Sən bu eşqlə, bu həvəslə,Bu əfsunlu gözəl səslə,İnsanları sülhə səsləEldən-elə dolan, Zeynəb!

Sənə oyun da yaraşır,Oyna, boyun da yaraşır,Şöhrətin sərhədlər aşır,Ürəklərə calan, Zeynəb!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring