Ey gözümün yaşı,Sinəmin dağı,Gözəl QarabağınCənnət yaylağı –Gülablı! Həsrətin sinəmi dağlar!Başımda saçımın telləri ağlar.

Ey ballı qayalar,Meşəli dağlar!Ey otu, çiçəyi dərman yaylaqlar!Moruqlu dərələrHəsrətəm sizə!

Nərgizi, laləsi, reyhanı dizəÇıxan talalar,Dumanlı zirvələr,Qədim qalalarHəsrətəm sizə!

Koroğlu məskəni,Qızılgül bağı,İgidlər oylağı –Şahbulaq dağıHəsrətəm sənə!Tanrı çatdırarmı ömrümü görənSizi mərdlər azad etdiyi günə?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation