Oğul payım, şəhid mərdim,Səni yurda qurban verdim.Balam, sinəndə qan gördümSinəndəki qana qurban!

Oyan, yurdun qəhrəmanı!Çağıran anandır, tanı!Yudum sinəndəki qanıGöz yaşımla, sənə qurban!

Mərd oğul ana ağlatmaz,Döyüş vaxtı igid yatmaz!Düşmən gəlir, tələs bir az,Dur, gözünə ana qurban!

Dur, silahlan, mərd oğlu, mərd!Od qılıncla gəlir namərd.Bizi yenə bilməz bu dərdQılınc girməz qına, qurban!Dur, gözünə ana qurban,Köksündəki qana qurban!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland