Vətənin nazlı qızları,Qırın adətdə “buzları”.O dürləri, almazlarıSiz ağıllarda axtarın!

İgid sınanar düz yolda,Büdrəməz, getsə yüz yolda.Səadəti siz nə pulda,Nə dövlət, varda axtarın!

İnci, almaz, dürr soyuqdur,Daşların ürəyi yoxdur,İsti ürəklilər çoxdur,Odu siz orda axtarın!

Dağlar qalıb sel içində,Kaman titrər tel içində,Yaxşı dostu yaman gündə,İgidi darda axtarın!

Siz toylarda, nişanlarda,Qoymayın gəncləri darda.Daş-qaşları kamallarda,Siz, düz ilqarda axtarın!Budur sözümün qüvvəti:Uca tutun məhəbbəti,Nazlı qızlar, səadətiMərd oğullarda axtarın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets