Məhəbbət köçəri quşdur,O nəğməli qaranquşdur,Yuva qurar ürəklərdə,Arzularda, diləklərdə...Gənclik bizdən gen düşəndə,Saçımıza dən düşəndə,Ömrümüzə payız gəlib,Duman, çiskin, çən düşəndə,Könlümüzdən köç eyləyər,Ömrümüzü heç eyləyər,Boyat olar çörəyimiz,Duzsuz olar xörəyimiz,Buludlu qış göyü kimiTutqun olar ürəyimiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring