Sevənlər oxusun, sevməyənlər yox
Sevsən bil, sevginin çoxdur əzabıHünərin var, ona gətir sən tabı!İstərəm yazam bir sevgi kitabıSevənlər oxusun,Sevməyənlər yox!
Ürəklər titrədim sarı sim kimi,Əsim yaz havalı bir nəsim kimi,Şerim odlu olsun nəfəsim kimiSevənlər oxuyun,Sevməyənlər yox!
Sevdim mən də bütün gözəllikləri,Ulduzlu səmanı, çiçəkli yeri,Sevincli, kədərli bu nəğmələriSevənlər oxusun,Sevməyənlər yox!
Sevdim hər kəsdən çox bu pərişanı,Yaralı bir eşqlə Azərbaycanı.Bu yaradan axır şerimin qanıSevənlər oxusun, sevməyənlər yox!
Sevgidən söz açma, ey başında qar!Qış göyərən otu şaxta qurudar,Şerimdə qış qəmi, yaz sevinci var,Sevənlər oxusun,Sevməyənlər yox!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-sevenler-oxusun-sevmeyenler-yox
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
KönülArsız elin atıbdı vəli mən atanmadımÖz yürdünü satıbdı vəli mən satanmadım
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,