Xəyalımda yaşatdığım,Həsrətilə boy atdığımAmasiya!Torpağına basdım qədəm,Açılmadı könlüm nədən?Əzizlərin görüşünəGəldim qəbirlər başınaHeyrətimdən elə dondum,Özüm döndüm “başdaşı”na...Kirpiklərim həsrət qaldıBir damlacıq göz yaşına.

Elə yandım,Elə yandım,Tüstümü görən olmadı.Torpaq lal, daşlar soyuqdu,Mənə səs verən olmadı.

Mənim bu qəmli halımaGöydə buludlar ağladı.Yağış yağdı narın-narın,Bu mənim göz yaşlarımdı,Yudu burda yatanlarınSoyuq mərmər daşlarını,Mən belə görüşə gəldimAnamın qardaşlarını.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets