Tökmə göz yaşlarını, dərdlərinin qurbanıyıq,Çatma gəl qaşlarını, düşmanın düşmanıyıq.Köksü atəşlə dolu bir uca dağ vulkanıyıq,Püskürüb od saçarıq, zülm evini yandıraraq,Xalqımın kimliyini ev, yıxana qandıraraq.Ağlamaq vaxtı deyil, sil o gözün yaşlarını,Qaya tufan da tökür başlara öz daşlarını,Yurda qurban verən ey oğlunu, qardaşlarını!Qəzəbin məhv eləsin torpağına qan tökəni,Ey şəhidlər anası, dur, görək üsyanda səni!

Bir şəhid qəbridi bil, torpağının hər qarışı,Burda bizdən də əzəl hey... tökülübdü göz yaşı.Dinlə, bir gör nə deyir cərgələnən o başdaşı:Ağlamaq vaxtı deyil, dur ayağa, dur, ana, dur!Sənə, mərd nəslinə son qurtuluş ancaq ki, budur!

Anası sənsən, ana, köksünü səngər edənin,Qəhrəman nəsli o mərdanə Cavad xan dədənin,Yurdunu tarac edər, torpağına göz dikənin,Ağlama, qeyrətinin, ismətinin qurbanıyıq,Qeyrəti, isməti satqın olanın düşmanıyıq.

Ağlama, islanar, ey gül, o şəhidlər məzarı!Bitirər qəm çiçəyi göz yaşının damlaları,Bürünər qəm gülünə, ağlama, Odlar diyarı,Bəsdi, geydik daha biz bunca kədər, qəm libası,Olmamış, olmayacaq, göz yaşı yurdun xilası!

Közərir odları köksümdə yanan kəndlərimin,Vətənin köksünə sancılmış o qəm xəncərininAğrısından xəbəri yoxdumu ya rəb, bəşərin?Qara yellər uçurur kəndlərimin boz külünü,Tək qalan millətimə sən uzat ey Haqq, əlini!Geyin ismətli qızım, sən də döyüş paltarını,

Düşmənə vermə aman, tapdalaya namus, arını,Ana sərgərdə! Yenə topla vətən qızlarını!Get, qoşul sən də igid, cəbhəçi qardaşlarına,Kül elə torpağına qan tökənin başlarına!

Ananın çox yaralar bağladı bir vaxtlar əli,Geydi əsgər libası yurdumuzun hər gözəli.Qarı düşmən yıxa bilməz belə möhkəm təməli!İgid oğlanları, mərd qızları dönməz vətənim!İndi başlarda gəzən bayrağın enməz, vətənim!İlimiz sülh ili olsun uca göylərdə duran,Bunca göz yaşaları tökdük, daha yetməzmi bu qan?!Yoldan azğınları sən düz yola döndər, Yaradan!Al qərənfilləri toy məclisinə göndər özün!“Şər”i hər yerdə, ilahi, xeyirə döndər özün!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice