Sən dedin dünyaya kimdir qəsbkar
Sülh carçısı əzizHeydər Əliyevə ithaf
Erməni fitnəsi,Erməni şəriQan töküb, aldadan zaman bəşəriSən dedin dunyaya həqiqətləri:“Pambıq”la baş kəsən erməniləriSən sülhə səslədin, eşitmədilər.Haqq yola çağırdın, ar etmədilər –Böhtandan, şərdən.Etdikləri qanlı cinayətlərdən...
Ey ağlı, zəkası xalqıma vüqar!Sən dedin dünyaya, kimdir qəsbkar.Kim qan tökür,Kimin tökülür qanı?Kimdir talan edən Azərbaycanı.Var hansı millətdə bu qədər köçkün,Qaçqın azarı?Qəbirstanlarında uşaq məzarı?
Bizim anaların gözündən axanGöz yaşı deyildir,Şəhid qanıdır.
Məharətə baxın:Görün kim, kimiDünyaya qəsbkar kimi tanıdır.Döyüş tarixlərindəBu həqiqətdir:Qəsbkar qazancdaÖlən millətdir.Dunya qərq olmamış qan dənizindəDedin: Qəsbkarın yolunu kəsin!Tələsin, insanlar!Sülhə tələsin!
Qoruyaq dunyanın ehtişamını.Dünya alqışlayır, ey sülh carçısıÖlümsüz, qırğınsız sülh məramını.Qoy versin Yaradan sənin kamını.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-sen-dedin-dunyaya-kimdir-qesbkar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
RübailərBu kuzənin torpağı alınmış el bağından,Bəlkə də o yapılmış gözəllər torpağından.
Həqiqi olsa idi, sevgilim, məhəbbətimizHəqiqi olsa idi, sevgilim, məhəbbətimiz,Sevinc ilə yaşadardı bizi həqiqətimiz.
DüşsünMüxənnətə can deyəninDili düşsün, dili düşsün.