Vətən oğlu
Canında canımız,Qanında qanımız olan oğul!Oğullar arasındaŞəklinə baxdım neçə yolGözlərim işıqlandı...Oğul qarşısındaAna dayandı.Dərin kamallı,İncə xəyallı,Böyükürəkli,Ucaboylu,EnlikürəkliDünya qarşısına çıxan mərdim!Sənə bir çələng hörərdimEl məhəbbətindən olardı çiçəkləri.Zaman soldurmayırEl qoyduğu çələngləri.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-veten-oglu
Use ← → keys to move, R for a random poem