Dərin kamalından olaraq xoşhalÖzündən xəbərsiz xəyalımda mənO vətən oğlundan eylədim suval:– Haradan almısan bu əzəməti,Bu vətən eşqini, bu şücaəti,Bunca müdrikliyi, bunca kamalı,İşıqlı zəkanı, dərin xəyalı?!– Elin adətinə oldum vəfalı,Zəhmətlə yüksəldim, işdə ucaldım,Kişilik dərsini mən eldən aldım.Elin yolu oldu getdiyim yollar,Mənə miras qaldı zəngin ağıllar...Dedim: – Mən anayam, müdrik oğullar!Xeyir-dualardan başqa nəyim var?!Xeyir-dualarım sizə yar olsun,Adınız vətənə iftixar olsun.Xalqdan aldığınız mükafatlar da,Sizə inam olsun, etibar olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love