Yuxu görürdü qarı
Yuxu görürdü qarı:Gur, xurmayı saçlarıÇiyninə sürüşürdü.Kirpiklərin kölgəsiAl yanağa düşürdü.Yuxu görürdü qarı:Əynində toy paltarıQardaşının toyundaYordu oyunçuları –Dedilər: Olsun gəlin!Tamaşasına durduHamı, bu qız gözəlinBiri dedi: qəşəngdir,Biri dedi: göyçəkdir,Qız deyil, ağ çiçəkdir.Qədəminə gül tökdüCavanlar dörd bir yandan...Oyandı həyəcandanYataqdan durdu qarıO, güzgüyə baxandaTöküldü göz yaşları...
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-yuxu-gorurdu-qari
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Adı yox yurduna qovuşmayanın,Oğul başqa yolda sınanmır, oğlum!
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.