Xəlil Rza Ulutürkə

Dağlıq Qarabağdan qarlı yel əsdi,gərdi Azərbaycan dağ sinəsini.Xəlil haray çəkdi,Təbriz tələsdi,verdi mərmilərə sağ sinəsini.

O axşam bir xəbər sarsıtdı bizi,Xəlil ağlamayıb el ağlayanda.Xəlil ağlamayıb oğlu Təbrizitabuta qoyanda, yerə qoyanda.

Göz yaşı – göylərin ilk təsəllisi,daşdaşan şairə son töhfəsiymiş.İçinə yağırmış yağış əvəzi,yerdən yox, o göydən görünəsiymiş!

Bəlkə də mənası budur heykəlin,bu sirrin önündə zəka zəlildi.Od saçır gözləri məğrur heykəlin,içi – göz yaşıdı,üstü – Xəlildi.

20 sentyabr, 2003

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice