Xırda qəzetlərin birindəqərəzli yazılar oxudum

Zalım, ilan kimi dilin haçadır,qoy əfi ilanlar qoynunda yatsın.Boyun – bir qurulu dar ağacıdır,as məni çiynindən, bir şəhid artsın.

Bu qədər HƏRİSLİK,bu qədər QƏRƏZ,bu qədər İDDİA,bu qədər İŞTAH,bu qədər PAXILLIQ,bu qədər MƏRƏZ,bu qədər BƏDXAHLIQHardandır, Allah!

Bığ yeri təzəcə tərləmiş əsgər,döyüşür, səngərin sirri bilinmir.Siyahı dərc edir böyük qəzetlər,itkin düşənlərin yeri bilinmir.

Gedir oğulları Azərbaycanın,qışın soyuğu var, yayın atəşi.Fikirdən, infarktdan həlak olanın,atılmır üstündə yaylım atəşi.

Mən kiməm – bu yurdun bir vətəndaşı,bir az ümidliyəm, bir az intizar.Kürün qırağında bir mamır daşı.ya da qəbristanda uçuq bir məzar.

Getmir ürəyimdən bu söz yarası,gördüm,yaranın da sızlar gözü var.Nə hürən itlərdə ürək ağrısı,nə çalan ilanda ürək özü var...

iyul, 1993

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets