Yanımda bir qadın
Bir ömür sürdün, şair,özündən ixtiyarsız.Ölənə – sədaqətlə,qalana – etibarsız.Yalvardın bir məzara,o susdu, sən oxudun.Dilavər qadınlarınqabağında lal oldun.Sənə könül verdilərürəkdən yana-yana.Sən könül əvəzinəvəd verdin çoxlarına.Məcnun Leyli deyirdi,Kərəm Əsli deyirdi,həyatı səsləyirdi.Sən – məzarı çağırdın,heçlikdən səs istədin.Bildin ki, o hardadı,yenə hardasan? – dedin.Bir ömrü verdin bada,yorulmadın hələ sən:“Allah, Allah, bu dünyanə soyuqdu!” – deməkdən.
12.02.98
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-yanimda-bir-qadin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.