Səssiz
Sən məndən incimə, dünya gözəli,bir gözəl qadını itirmişəm mən.Sən şirin ədalı, şirin busəli,ağzımın dadını itirmişəm mən.
Gəlib gözlərimin keçir önünə, -Mən onu bu qədər qısqanc bilmirəm.Açıb saçlarını tökmə çiyninə,sənindi, onundu bu saç bilmirəm.
Onu eşidirəm sənin səsində,sən sənsən,ortada mən kim oluram?Həyatın bu gizli məhkəməsindəsonra cəzalara məhkum oluram.
Qadın öz evindən əbədi köçmür,onun nəfəsi var, ruhu var evdə.Qayıdıb heç şeyi təzədən ölçmür,amma bir kimsəsiz ahı var evdə.
Bəlkə bu duyğudur səssiz ağlayan,uçub yuvası da, aşiyanı da.Bu həsrət oduna yandın, Nəriman,yandırma həsrətlə yaşayanı da.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-sessiz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aşiqin yar istəsə halın pərişan eyləməz,Aşiqə meyl etməyib xarin fəravan eyləməz.
Gül, PəriNə gülürsən, mənim kimi gülüncə,Sən mənə gülüncə, dərdə gül, Pəri!
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır