Torpağa büründü, kürk əvəzinə
İlahi! Moskva nə soyuq idi,əlcəyin içində donurdu əlim.Yerin hərarəti yerdə yox idi,dedim: Qoy kürkünü gedim gətirim.Təzəcə almışam, geyin əyninə,Başını buladın:– Nə deyim sənə.Qalxım... Moskvada kimdi tanıyan.Bir az da danladın:– Baha alıbsan.Ehtiyac görmüşdü, ona görəmi,qarışıq düşmüşdü, sevinci, qəmi.
Torpağa büründü kürk əvəzinə,yer qızındı onun od nəfəsinə.Elə bil gül əkdik məzar dibçəyə,mən daşa dönmüşdüm, o daş çiçəyə.
Özü hayıf oldu hayıf deyənin,sən getdin, nə qaldı mənə, əzizim.İnsandan savayı dünyada heç nə,heç nə hayıf olmur, heç nə əzizim!
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-torpaga-burundu-kurk-evezine
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əhsən qeyrətinə, anam gəlini,Dar gündə vəfalı yenə sən oldun!
GərəkDünyadə gözəllər dəvasın qılanDegil, ona necə yar olmaq gərək?
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Ey əhli-eşq, dərdü ğəmən eyşü şadlıqEy əhli-eşq, dərdü ğəmən eyşü şadlıq,Eşqünə şadlıq, mana bəs namuradlıq.