Fələk rəğminə bir nəzərGörsəm üzün cananımın,Qalmaz dərdü ğəmdən əsər,Görsəm üzün cananımın.

Həddin ötdü intizarı,Qalmadı könlüm qərarı,Canü dil olsun nisarı,Görsəm üzün cananımın.

Edibdir ənduhi-hicran -Gərçi könlümü pərişan,Hər müşkülüm olur asan,Görsəm üzün cananımın.

Topu meydandan qopardım,Yıxılanımı yapardım,Könül istəyi tapardım,Görsəm üzün cananımın.

Dəvasız dərdin dəvasın,Binəva könlüm nəvasın,Tapam canım müddəasın,Görsəm üzün cananımın.

Dövləti-vəslinə fürsət -Tapıban məhv olsa firqət,Əmani, çəkməzdim həsrət,Görsəm üzün cananımın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation