Ala gözlü, sərvi boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.Gecə-gündüz fikrim-zikrim, əzbərim,Üzüldü taqətim, aman, bəri bax!

Kim dözər mənim tək belə firqətə,Rəncü-məşəqqətə, bari-möhnətə?Haçandır düşmüşəm tari-zülmətə,Çəkilsin üstümdən duman, bəri bax!

Payibəndəm qəmi-eşqə giriftar,Hicran həsrətindən can oldu bimar.Razi-dilim edə bilməm aşikar,Çəkərəm dərdini pünhan, bəri bax!

Günbəgün könlümün artır qubarıPərişandır, tapmaz o qəm küsarı.Ölsün, itkin olsun belə əğyarı,Gəzməsin arada yaman, bəri bax!

Çox çəkər hicrini Vaqifi-xəstə,Leylü-nahar, şamü-səhər peyvəstə,Ey yanağı lalə, ləbləri püstə,Ağzı nabat, şəkkər zəban, bəri bax!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love