Siyah telli bir sənəmin ucundanBadə getdi din-imanlar, əfəndi!Ol oda ki, mən düşmüşəm yanıram,Düşməsin heç müsəlmanlar, əfəndi!

Könül deyil sən gördüyün havada,Dərdim olur gündən-günə ziyada,Hər zaman düşəndə ləbləri yadaTökülür gözümdən qanlar, əfəndi!

Bilməm nə nəhs gündə çıxdım bu dağa,Bir lalə üzündən düşdüm irağa,Yana-yana qaldım belə fərağa,Bərbad olsun ol zamanlar, əfəndi!

Mənim meylim yoxdur sultandan, xandan,Yarımın arzusun saxlaram candan.Xalq da bilir, mənim könlümdür andanOlsa yüz min növcavanlar, əfəndi!

Molla odur hər nə görsə kitabda,Onu şərh eyləyə haqda-hesabda,Vaqif deyir sənə, mənə bu babda,Hələ azdır bu divanlar, əfəndi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets