Gəlin
Xumar gözlərini sevəndən bəri,Dəxi özgəsinə uymanam, gəlin!Xoryat ilə belə can-can olmusan,Məgər ki, mən onu duymanam, gəlin!
Cefridar sürməni çəkibdir gözə,Havalanıb dəxi endirməz bizə,Mən ha billəm, qanın qaynar tüksüzə,Mən tutduğum eldən qoymanam, gəlin!
Başına döndüyüm, suları yolu,Gedəndə boş gedər, gələndə dolu.Məmələrin üstdən çatının zolu, —Sən qıysan, mən sənə qıymanam, gəlin!
Başına döndüyüm, telli, toqqalı,Qaşları canımı haq-nahaq alı,Ağarıbdır, qırxmaq olmaz saqqalıVallah, üzün üstə qoymanam, gəlin!
Taxtına çıxmanam, taxtın ucadır,Qoynuna girmənəm, yarı gecədir,Deməginən Molla Pənah qocadırSəni tamam yesəm doymanam, gəlin!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-gelin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ol pəripeykər ki, çeşmimdən nihan olmuş durur,Baqi ömrüm olsun, ol cismimdə can olmuş durur.
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
LivadiyaBudur sarı əncil, bu da qarası,Hələ heyvaya bax, nara bax, nara.
GörəydimDağlarda lalə, nərgizi,Gülləri dəstə, görəydim.