Sənin təki siyah telli, gül üzlü,Bu cümlə cahanda mən görməmişəm.Ağzı nazik, qaşı uzun, qəddi düz,Bir belə sinəsi gen görməmişəm.

Bir mah üzlü sevdim keçən sənədə,Xırda xallar zənəxdanda, çənədə,Vilayəti gəzdim, heç kimsənədəBir belə şövkətü şan görməmişəm.

Gözəllər içində türfə, ali şan,Deyib, gülüb şirin-şirin danışan,Çox görmüşəm siyah zülfü pərişan,Amma ki, qəddinə tən görməmişəm.

Sədəf dəhanında dişlərin düri,Dəyər bu dünyaya onun hər biri.Ya mələksən, ya hurisən, ya pəri,İnsanda sən təki can görməmişəm.

Xəncər kirpiyindən saçılır qanlar,Sənə qurban yüz min qaşı kamanlar,Durub sallananda üzülür canlar,Vaqif deyər belə xan görməmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets