Ağ gəlin
Dərdin məni heyvalara döndərdi,Ey saçları siyah, üzü ağ gəlin!Ta ki, gördüm cəmalının şöləsin,Əridi bağrımda tamam yağ, gəlin!
Sənin həsrətini vilayət çəkər,Qəmzən yayı dəyər, məlalət çəkər,Cəmalından mələk xəcalət çəkər,Hüsnün eylər aya, günə lağ, gəlin!
Nə olur, üzündən niqab alasan,Bir ləhzə halıma nəzər salasan,Səhərdən açılmış təzə lalasan,Sənin seyrangahın olur dağ, gəlin!
Qəddin tək nə ər-ər, nə şümşad olur,Onu görcək, qəmdən can azad olur,Mənim könlüm sənin ilən şad olur,Sən eylərsən damağımı çağ, gəlin!
Bəlalərdən səni saxlasın xuda,Sən tək gözəl eldən olmasın cüda,Xəstə Vaqif ölsə, başına fəda,Təki olsun sənin canın sağ, gəlin!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-ag-gelin
Use ← → keys to move, R for a random poem
More by this author
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Ah... bir sərxoş nigarın dağı öldürdü məniAh... bir sərxoş nigarın dağı öldürdü məni,Günbəgündən hüsnünün rövnaqi öldürdü məni,
Ah kim, bir yarın istiğnası öldürdü məniAh kim, bir yarın istiğnası öldürdü məni,Nazilən sərxoş xumar baxması öldürdü məni,
Hər kimin cananı kim, bir əhli-ürfan olmayaHər kimin cananı kim, bir əhli-ürfan olmaya,Şahi-aləm olsa, onda rahəti-can olmaya.