Hər kimin cananı kim, bir əhli-ürfan olmaya,Şahi-aləm olsa, onda rahəti-can olmaya.

Rəsmi-ülfət bilməyən büt, aşiqin kafər edər,Ey müsəlmanlar, xoş ol kim, yarı nadan olmaya.

Bir ləbi ləlü lətif əndamü gül-rüxsar üçün,Qətreyi-əşkin nə lütfü var əgər qan olmaya.

Afəti-badi-fənadən dağıla, bərbad ola,Ol bina ki, onda bir zülfi pərişan olmaya.

Nə səfa ol gül yanaqdan kim, gözə görünməyə,Nə ləzzət ol qönçə ləbdən kim ki, xəndan olmaya?

Maqta — the closing couplet bearing the poet’s pen name. Vaqifa, bir məhliqayi-mehribanə meyl qıl,Ta kəmali-eşqə ondan zərrə nöqsan olmaya.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love