Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.

Hicran ələmi saldı ayaqdan məni-zari,Daruyi-vüsali mənə bir çarə yetirsin.

Səbrim kəsilib, yar mənim canımı alsın,Ya şad eləsin vəsl ilə, didarə yetirsin.

Dünyadə və üqbadə görüm mətləbə yetsin,Hər kəs məni ol yari-vəfadarə yetirsin.

Bir yol verin, ey möhnəti-hicran ki, pəyamımTa badi-səba ol gülü gülzarə yetirsin.

Yüz həsrət ilə bu dili-hicranə giriftar,Əzm etdi, özün ol güli-bixarə yetirsin.

Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar,Qoymadı özün ol gülə biçarə yetirsin.

Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,Qoy yarə özün bu dili-avarə yetirsin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,Heyrani o şəhbazə digər-barə yetirsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love