Qabağında
O şux qəmzələrin, xəncər kirpiyinGundə olur yuz min qan qabağında,Xumar-xumar baxan ala gozlərinGərəkdir verəsən can qabağında.
Qaşın qabağında sığallı bircək,Sayə salmış uzə şolə mubarək,Amma iki dəstə tər bənovşə təkQoymuş al yanağın yan qabağında.
Zulfundən qoxuşar gulu reyhanlar,Qurban hər muyinə yuz min cavanlar,Pişvazına gəlir huri qılmanlar,Məlayik durmuşlar san qabağında.
Vaqif qurban zənəxdanın cahinə,Şirin guluşunə, xoş nikahinə,Qul olasan belə xublar şahinə,Durasan hər axşam, dan qabağında.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-qabaginda
Use ← → keys to move, R for a random poem
More by this author
Əzəldən biz də bir şəkkər ləbi sevdik sevənlər tək,Olub risva ağızdan-ağıza düşdük süxənlər tək.
Hər səhər bad əsər, arızı-cananə dəyərHər səhər bad əsər, arizi-cananə dəyər,Toxunur sərvə gəhi, gah gülüstanə dəyər.
Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşərKim ki, sevdayi-səri-zülfu-pərişanə düşər,Gah zindanə, gəhi çahi-zənəxdanə düşər.
Mehribanlıq görməyib bir mehliqadən küsmüşəmMehribanlıq görməyib bir mehliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.