Qalıbdı
Köhnə Şamaxının seyrin eylədim,Əl dəyməmiş təzə bağlar qalıbdı.Elə köçüb gedib ulusu, eli,İşlənməmiş ağ otaqlar qalıbdı.
Fələk, şad könlümdən alma həvəsi,Ayırma yarımdan, tutaram yası,Necə oldu bu seyvanın yiyəsi?Dərd-qəmi var, tamam ağlar qalıbdı.
Xəstə Qasım adım, şaha deyili,Çərxi-fələk, səndən mənəm gileyli,Elə köçüb gedib bivəfa Leyli,Bircə Məcnun, bir də dağlar qalıbdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-qalibdi
Use ← → keys to move, R for a random poem
More by this author
Əzzəl bismillah nameyi heydər,Göydən yerə endi əhsənül xaliq.
GetdiNecə qəhrəmanlar gəldi dünyaya,Köç vaxtı yetişdi, tez oldu getdi.
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
Gülü məndən alıncaAy ariflər, bir tərlanım uçubdur,Sağ əlimdən sol əlimə alınca.
Poems by other poets · Fate
(Mirzəcanın vəfatı münasibətilə)Dünya, sənin etibarın yox imiş,
OlduDəhrdə cəfa əlindən,Əlif qəddim kaman oldu.
Öyrəşib bu qürbətə, oldum vətəndən bixəbərÖyrəşib bu qürbətə, oldum vətəndən bixəbər,Qəmlərə düşmüş könüldən getdi ümmidi-səhər.
Yarəb, məni cəfayə salan şad olmayaYarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!