Dəhrdə cəfa əlindən,Əlif qəddim kaman oldu.Əhdə bivəfa əlindən,Hər gün haray, aman oldu.

Şah başında tac yaşadı,Rəncbər əkdi, ac yaşadı;Xoş sözə möhtac yaşadı,Nə insaf, nə iman oldu.

Alı sözün dedi üzə,Kül üfürdü dövran gözə.Fələk sitəm etdi bizə,Əhvalımız yaman oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate