Olmur
Bizim elin gözəlininCamalından doymaq olmur.Boy-buxunu can alandı,Ləbləri tək qaymaq olmur.
Əydi budaq bar əlindən,Dağ zinhardı qar əlindən,Eşq badəsin yar əlindənAlsan, yerə qoymaq olmur.
Bir söz dedim yada, qandı.Bu məkanda qada-qandı,Sevmək nədi? - Qadağandı;El-obaya yaymaq olmur.
Aralıyam sirdaşımdan,Həbibimdi ilk yaşımdan,Səxa süzür göz-qaşından,Qeyrisinə uymaq olmur.
Bir əlif yaz, qoy məddini,Dağıtsan qəmin səddini,Alı aşdı dərd həddini,Sana çəkib saymaq olmur.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-olmur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
ElərEy ağalar, məni neçin qmarsız?Eyləsə dərdimə bıı dərman elər.