İsmin üç hərifdi elədim bəyan,Cimdi, mimdi, yazılıbdı dal-dala,Seyraquba, müxənnətə qoşulma,Əlif qəddin bəd nəzərdən daldala.

Səyyadısan, dağlar sənin, gəz dolan,Alışarsan öz oduna, az qalan,Maral gəldi, keç bərədə daldalan,At oxların, peykanım daldala.

Deyər aşıq Alı meydan içində,Oxudum dərsimi meydan içində,Doxsan min kəlməni meydan içində,İsbat eylə, sübut eylə dal-dala.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets