Bağ lövhinə xəzan bərgi zərəfşan eylər
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
Bağ lövhinə xəzan bərgi zərəfşan eylər,Ab ol lövhdə məşqi-xəti-reyhan eylər.
Ey könül, gəldi bahar, eylə çəmən seyranın,Gör ki, hala nə əməl amili-dövran eylər.
Yenə piri-fələk ətfali-rəyahini yığıb,Feyzi-tə’lim ilə bustanı dəbistan eylər.
Su ayağını kəsib bihudə gəzməklərdən,Səbzəyi həmsəbəqi-dərsi-gülüstan eylər.
Qönçəyi mətni-mətaledə edib üqdəgüşa,Laləni şərhi-təvaledə səbəqxan eylər.
Sünbüli elmi-ilahidə qılıb muyşikaf,Susəni bəhsi-riyazidə süxəndan eylər.
Dərsi-məntiq oxur ikən dililən mürği-səhərDutulub, oxuduğu gülləri xəndan eylər.
Bülbülü hər neçə kim hafizi-xoşləhceyi-abÖgrədib hüsni-əda, qare’i-Qur’an eylər,
Gör nəzakət ki, gəlib sübh sühüfxani onaEybi-təqrir qılıb tə’neyi-əlhan eylər,
Fəsl keyfiyyəti-qanuni-tib etmiş hasil,Bəhsi-təşxisi-mərəz, də’viyi-dərman eylər.
Şərbəti-badə ilən çox sınadım, xəstələrəEylər onu ki, nə Boqratü nə Loğman eylər.
Bilməzəm sehrmi, mö’cüzmü nəsimin işi kim,Hərəkati xirədi-xiyrəni heyran eylər.
Hər mizacə ki, dilər öylə qılırmədxəl kim,Onu idrak nə ərvahü nə əbdan eylər.
Həbbəza dəhr ki, peyvəstə səhabi-feyzinBaisi-tərbiyəti-bağü biyaban eylər.
Qönçənin görsə açar rişteyi-təb’ində gireh,Bülbülün bilsə işin, müşkülün asan eylər.
İntizar ilə daşı lə’l qılub rəng verür,Ruzigar ilə suyu lö’löi-qəltan eylər.
Qətrəyi müddət ilən müttəsili-bəhr qılır,Zərrəyi vasili-xurşidi-dirəxşan eylər.
Leyk qayətdə təəccüb qılıram ki, nə üçünMəni-məhrümi həmin xəsteyi-hirman eylər.
Qeyrə ehsani çoxü lütfi yüküş, leyk mənəSitəmi vafirü bidadi firavan eylər.
Kaş bağrımı qəza su edə göz yaşı üçünÇeşmətək, durmuyuban çün məni giryan eylər.
Kaş cismimi fələk daş edə, bidadə dözəm,Mə’dəni-lə’l kimi çün cigərim qan eylər.
Yer yüzündün götürülməkdə gümanım dəxi yox,Belə kim, tən çürüyüb, göz yaşı tüğyan eylər.
Bixəbərlər biləməz əşki-rəvanım əsərin,Gərçi tənbihinə dil naləvü əfqan eylər.
Əhli-tüğyanə əsər eyləyəməz giryeyi-Nuh,Gərçi hərdəm oları vaqifi-tufan eylər.
Ey fələk, bu nə rəvadır ki, sipahi-sitəminDili-mə’murimi yəğma ilə viran eylər.
Bir deməzsənmi ki, nagəh sitəmindən bu fəqirQaziyi-əskərə şərhi-qəmi-pünhan eylər.
Ol qəzahökm ki, çərx etsə xilafi-rəhi-şər’Qıldığından onu zəcr ilə peşiman eylər.
Ol qədər namə ki, muri-xətinin məzmuniNəyə kim zahir olur, hökmi-Süleyman eylər.
Ərştəmkinü fələkmərtəbə Qadir ÇələbiKi, fələk tabe’idir hər nəyə fərman eylər.
Çərx bir tiğ çəkibdir yeni aydan ki, müdamKimi gördüysə müxalif, ona qurban eylər.
Min ilin bərhəmənin möv’izeyi-mə’rifətiQabili-din qılır, qaili-iyman eylər.
Ərzi-iyman bütə gər qılsa dəmi-canbəxşi,Can verib mö’ciz ilən ani müsəlman eylər.
Ləfzi-canpərvər ilən rəşheyi-kilki hünərinNə dəmi-İsivü nə çeşmeyi-heyvan eylər.
Ey vərə’pişə ki, daim qədəmi-sabitiniRəsmi-islamə qəza qaimi-ərkan eylər.
Rayizi-tündrəvü təb’i-lətifin dünü günTövsəni-fikrətilən çərxdə cövlan eylər.
Meyl edər xidmətinə dövləti-tövfiq tapıbKim ki, həqdən tələbi-rütbeyi-irfan eylər.
Sən məqam etmədigin mə’bədə abidərdənKim ki, mə’vayi-məlayik desə, böhtan eylər.
Salmasa səbhə özün daireyi-məclisinə,Rişteyi-əqdin üzüb çərx pərişan eylər.
Sənə gər durmasa bir ləhzə müqabil mehrab,Başını daşə urub çaki-giriban eylər.
Səndən ayrılsa, müsəllayi ayaqlarə salubZə’fi-tale qara topraq ilə yeksan eylər.
Hər siyəhdil ki, qomaz baş xətinə xaməsifət,Qara cahildir əgər də’viyi-irfan eylər.
Gərçi sultanədir islam qiyami mənsub,Sənə mənsubdur ol sə’y ki, sultan eylər.
Sərvəra, bəndə Füzulini kəmanqəd gərdunMüttəsil dərdü bəla oxuna qalxan eylər.
Eşidib tə’neyi-dəmsərdləri hər dəm kim,Şəm’tək şərhi-qəmi-külbeyi-əhzan eylər,
Öylə kim, fəhm edübəm hali-dilin sənsənü bəsSən əgər qılmaz isən, ona kim ehsan eylər?
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-bag-lovhine-xezan-bergi-zerefsan-eyler
Use ← → keys to move, R for a random poem
More by this author
Ol pir bu xeyr işə qalıb cəhd,Məcnuna mürəttəb etdi bir məhd.
Bu, Kə'bədən Məcnunun müraciətidir və vühuş ilə müsahibətidirBir-bir eşidib sözün atası,Bildi ki, qəbul olur duası,
Bu, Məcnunun dağ ilə müsahibətidir və cari olan çeşmə ilə münasibətidirBir dağə irişdi yolda nagah,Qəddinə libasi-vəhm kutah.
Bu, Məcnunun qəzal ilə məqalatıdır və eşq babında onunla olan halatıdırHe saw where a hunter had set his snareTo ensnare the gazelles at unaware.
Poems by other poets · Nature and spring
Ey könül, fikrin nədi, çün gəldi hicran, əlvida!Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
GördümÇəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.