Məgər qılır rəqəmi-vəsfi-xətti-yar qələm
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
Məgər qılır rəqəmi-vəsfi-xətti-yar qələmKi, xətti-yar kimi oldu mişkbar qələm.
Məgər dilər sifəti-lə’li-yar edə təhrirKi, lə’li-yar kimidir gühərnisar qələm.
Əgər cəfa çəkə surətnigardən yüz il,Demən çəkə sifəti-surəti-nigar qələm.
Yazanda mimü əlif ol qədü dəhanə şəbih,Kəmali-sehrinə çox qıldı iftixar qələm.
Vəli xüramü təkəllüm verirdə aciz olub,Xətinə çəkdi xətü oldu şərmsar qələm.
Nə yerdə kim yügürər nafə-nafə mişk tökər,Tutubdurur rəvişi-ahuyi-tatar qələm.
Xücəstə Xizrdir abi-həyat içmək üçün,Zəman-zəman zülümatə qılır güzar qələm.
Nə içdi məhbərədən bilməzəm ki, valeh olubÖzünə eylədi sərgəştəlik şiar qələm.
Qara başın götürüb daim eldən-elə gəzər,Tutarlar isə, dəxi eyləməz qərar qələm.
Bir öz başına ulalmış, qərarı yox, dəlidir,Çıxınca dutmasalar, aləmi yıxar qələm.
Siyah bəxtlügi yazmış alnına təqdir,Nola keçirsə qara gündə ruzigar qələm.
Dililə müttəsil öz başına bəla gətirərKi, xəlqə gizli sözü eylər aşikar qələm.
Ticarət əhlinə bənzər, müsafirət yolunaXütuti-sətrlərindən çəkər qətar qələm.
Qaradürür üzü ol vəchdən kim, eylər faşÖzüylə yarı arasında hər nə var, qələm.
Şikəstə namələri yə’ni əhli-hüsnə satarMətai-məmləkəti-hindü Zəngibar qələm.
Öpər səhifə yüzün vəh görün bu talei kim,Bulur vüsali-nigari-səmən’üzar qələm.
Midad türrəsinə üz sürər, zəhi dövlət,Dutar həmişə səri-zülfi-tabidar qələm.
Onunçün əldən-ələ gəzdirir əkabir kim,Tapubdur Asəfi-dövrandan e’tibar qələm.
Güli-hədiqeyi-iqbal Mustafa ÇələbiKim, oldu dövləti-qürbüylə kamikar qələm.
Səmiyyi-Əhmədi-Mürsəl ki, qıldı ona tüfeylDəmi ki, lövh ilə yaratdı kirdigar qələm.
Nəsimi-xülqünün övsafin etməgə təhrir,Çəmən əlinə verir səbzə hər bəhar qələm.
Əya bülənd cənabi ki, midhətində olurHəmişə mö’tərifi-əczü inkisar qələm.
Riyazi-qədrdə fəzlin nihali-rif’ətdir,Nihali-fəzlinə bir türfə şaxisar qələm.
Nihali-dövlətə qədrin riyazi-hikmətdir,Riyazi-qədrinə bir türfə cuyibar qələm.
Əlinə almaz imiş Müstəfa qələm, derlər,Bu zillət ilə bəsi olmuşuydu xar qələm.
Sənə yetirdi özün nisbətilə tapmaq içünZəmanədə sənin adınla e’tibar qələm.
Kəlimi-Turi-vəfasən ki, əhli-xeyrü şərəƏlində gah əsa oldu, gah mar qələm.
Buraxdı canını darüş-şəfayi-dərgəhinəHücumi-hadisədən xəstəvü nizar qələm.
Əlindən içdigi şəhdi-şəfayi-hikmətdənMizaci-nazikinə oldı sazigar qələm.
Bəsi əzizlərin xidmətinə bağladı bel,Qamunu tərkü səni qıldı ixtiyar qələm.
Səbati-əhdini əyyamdən qılıb mə’lum,Səninlə eylədi əhdini üstüvar qələm.
Arayıb əhli-hünər varını yetincə sənə,Cahan içində bəsi çəkdi intizar qələm.
Verib nizami-cahan Asəfü Nizamül-mülkGedib, cahanda sənə qaldı yadigar qələm.
Sənin mütiin əgər olmasaydı, olmaz idiSəvadi-ə’zəmi-xətt içrə şəhriyar qələm.
Alınmış ağçanilən bir qulundurur müqbil,Başın əgər kəsələr eyləməz fərar qələm.
Sözün yeritməgə başdan ayaq edib yügürər,Kəmali-şəfqətinədir ümidivar qələm.
Sipehr mənziləta, ol Füzuliyi-zarəmKi, hali-zarimi yazınca oldu zar qələm.
Sənayi-zatinə çoxdur sözüm, vəli nə deyimKi, süstlük qılıban verdi ixtisar qələm.
Dedi saqın, sözü çox etmə, saxla şərti-ədəbKi, çox sözündən olubdur siyahkar qələm.
Ümid var ki, nəzmi-nizami-aləm üçünFələkdə ta ola lövh ilə payidar qələm,
Sən olasan qələmə e’tibar üçün hami,Sənə hökumət üçün ola dəstiyar qələm.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-meger-qilir-reqemi-vesfi-xetti-yar-qelem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Səbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
ŞikəstəQalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,