Bu sürahi məsələn bir sənəmi-rə’nadır
What is a qasida?
Qasida: a long, formal poem of praise or counsel.
Bu sürahi məsələn bir sənəmi-rə’nadırKi, dəmadəm tərəbəngizü nişatəfzadır.
Sərvtək qaməti-dilcu ilə üşşaqfirib,Şəm’tək pərtövi-rüxsar ilə bəzmaradır.
Gülbüni-baği-tərəb, qönçeyi-gülzari-fərəh,Gül kim ondan açılır, cami-meyi-səhbadır.
Rəngi-zərdü meyi-sürxün görən eylər heyrətKi, xəzan içrə əcəb bu nə güli-həmradır.
Gah həmsilsileyi-aşiqi-xunindil olub,Boynu zənciri-cünün qeydi çəkən şeydadır.
Gah yüz aşiqi-şeydayı qılıb məstü xərab,Eyləməz hiç tərəhhüm, işi istiğnadır.
Bəzm üçün hər tərəfin türfə igidlər dutmuş,Sanasan xəl’əti-zərbəft ilə bir mirzadır.
Batini-safilə bir sufiyə bənzər ki, müdamSəcdəsində əsəri-sidqü səfa peydadır.
Kəhrübayi don ilən bir büti-sərkəşdir kim,Cilveyi-naz ilə şəh məclisinə ziybadır.
Ol şəhənşah ki, feyzindən umar kam müdam,Bəzmi-vəhdətdə əgər Xizrü, əgər İsadır.
Çakəri-çakəri fəğfur ilə xaqan oluban,Bəndeyi-bəndəsi İskəndər ilə Daradır.
Cəmü Cəmşid degil bəzmdə həmtası onun,Sərvəri-bibədəlü xosrovi-bihəmtadır.
Xani-adil həm onun pərtövi-iqbalındanBir əsər tapdı ki, sahibnəzərü binadır.
Nəş’eyi-zövq bulan cami-rizasından kam,Bəzmi-eşqində qamu ömr qədəhpeymadır.
Ey Füzuli, dünü gün eylə dua sidq ilə kim,Ola bu dövlətü iqbal ilə ta dünyadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-bu-surahi-meselen-bir-senemi-re-nadir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Praise
Sübh açılır, gün doğuyor hər səhər,Ah sən, ey məhbəsi-viranə, sən,
Başına dolandıXəbər gəldi, şah qoruğu talandı,Xəstə cismim yar başına dolandı.
Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılarƏbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Getmə, amandıGözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!