ما فراغ از غم بیش و کم عالم داریم
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
ما فراغ از غم بیش و کم عالم داریمغم نداریم اگر بیش و گر کم داریم
Aləmin az-çoxunu atmışıq, olmaz qəmimiz,Yemərik qəm, ola gər artığımız, ya kəmimiz.
نیست یک دم که غمت همدمی ما نکندهمه دم خاطر شاد و دل خرم داریم
Könlümüz şad, fərəh həmdəmimizdir daim,Çünki hər dəm qəmin olmuşdu könül həmdəmimiz.
غم عشق است که دل را فرحی می بخشدفرحی در دل ما هست که این غم داریم
Könlümə zövq verən dərdi-qəmi-eşqindir,Bu qəmimlə yaşayar şən bu dili-xürrəmimiz.
شب غم را نتوان یافت به از ما شمعیکه دل سوخته و دیده پر نم داریم
Qəm şəbistanına bizdən hanı layiq bir şəm?Qəlbimizdə odumuz var, gözümüzdə nəmimiz.
گرد خاک رهت از دیده ما می شویدناله دم بدم از اشک دمادم داریم
Gözümüzdən yolunun torpağını silmək üçünAğlarıq, ahü fəğan ilə keçər hər dəmimiz.
باد پاینده غم زلف سیاهت که ازوستاختلاطی که من و عشق تو با هم داریم
Qara zülfün qəmi daim yaşasın, çünki odurSənin eşqinlə məni həmdəm edən məhrəmimiz.
Maqta — the closing couplet bearing the poet’s pen name. شاد ازانست درین دور فضولی دل ماکه غمی در دل ازان گیسوی پرخم داریم
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Füzuli, bu səbəbdən belə dilşadıq kim,Qəlbimizdə var onun zülfi-xəmindən qəmimiz.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qezel-299
Use ← → keys to move, R for a random poem
More by this author
Bir dilbəri-sərvqəddü gülruy,Sərvi-xoşü gülrüxü səmənbuy.
Bu, Leyliyə anası itab etdigidir və bəhari-vəslinə xəzan yetdigidirÇün məkr ilə Qeysi-bədsərəncam,Bir neçə zaman keçirdi əyyam.
Bu, inkar ilə Leyli anasına cavab verdigidir və sərayi-möhnətə girdigidirLeyli bu itabı çün eşitdi,Öz könlündə müqərrər etdi
Bu, Leyliyə Məcnun güzərdə müqabil olduğudur və gün müqabilində hilali-mehri bədri-kamil olduğudurBir gün ki, bahari-aləməfruzVermişdi cəhanə feyzi-novruz,