Bir dağə irişdi yolda nagah,Qəddinə libasi-vəhm kutah.

Tığındə uqabı-çərx qam,Müzmər kəmərində lə'l kanı,

Mün'im sifəti, libası faxir,Cibü bəğəli dolu cəvahir.

Dərya qürban ona təzərrö'Eylerdi zəxirəsin təvəqqö'.

Səhra edibən ona təvəlla,Eylərdi məişətin təmənna.

Ol çeşmələr eyləyib rəvanə,Olmuşdu olara ata-anə.

Tə'zim ilə qılmış onu həq yad,Qur'anda "Əlcibalu ovtad".

Məcnun ona eyləyib təmaşa,Bir odlu sürud qıldı inşa.

Olduqda sürud ilə nəvasaz,Ondan həm eşitdi əksi-avaz,

Sandı ki, özilə həmnəfəsdir,Dedi: "Məna bir rəfiq bəsdir.

Yüz şükr ki, yari-qar buldum,Gəzdim bu cəhanı yar buldum".

Eşq odun ona həm etdi rövşən;"K'ey guşəmşini-pakdamən!

Suzi-cigərimdən oldun agah,Əhsənt, əhsənt, barəkallah!

Bir aşiqi-mübtəla imişsən,Dərd əhlinə aşina imişsən.

Sənsən mənə həmdəmi-müvafiq,Dağ ilə olur həmişə aşiq.

Bidad ilə köksünə urub daş,Dərd ilə gözündən axıdıb yaş,

Noldu sənə, böylə məst olubsan,Qəm daminə paybəst olubsan?

Qan ilə dolubdurur kənarın,Nə güldən ola bu laləzarın?

Bağrın gorürəm olubdurur su,Nə sərvqədin həvasıdır bu?

Gəl, ağlayalım bu macərayə,Bir dəm qoşalım səda-sədayə!"

Çün bir dəm onunla ağladı zar;Dərdi-dili-zann etdi izhar.

Əzm eylədi xaki-kuyi-yarə,Leylinin evi olan diyarə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love