نمودی لطف پیشم آمدی کردی ستم رفتیرسیدی بی‌خودم کردی به خود تا آمدم رفتی

Mənə rəhm eyləyib gəldin, rəva gördün sitəm, getdin,Gəlib bihuş qıldın, huşə gəldim, ey sənəm, getdin.

طبیب دردمندانی ولی از بس که بی‌دردیمرا در کنج غم بگذاشتی با صد الم رفتی

Təbib olsan da dərd əhlinə, dərdin yoxdur aləmdə,Odur qoydun mənim qəlbimdə min dərdü ələm, getdin.

تو آتش‌پاره من شمع بودم زنده با وصلتدریغا سوختی آخر مرا سر تا قدم رفتی

Məgər mən şəm idim, sən od ki, canlandım vüsalınla,Təəssüf ki, məni başdan-başa yaxdın, o dəm getdin.

رهاندی از غم رسوایی و سرگشتگی ما رانکو رفتی که کردی بسته زنجیر غم رفتی

Xilas etdin bizi rüsvay edən sərgəştəlikdən sən,Əsiri-eşqin olduq, boynumuzda qeydi-qəm, getdin.

ترا ای اشک خونین هیچ قدری نیست در کویشفتادی از نظر از بس که آنجا دم به دم رفتی

Yanında yarımın yox qiymətin, ey qanlı göz yaşım,Gözündən düşdün, əzbəs guyinə sən dəmbədəm getdin.

دلا خواهی پریشان ساخت روز و روزگارم راخطا کردی سوی آن گیسوان خم به خم رفتی

Pərişan ruzigar etdin məni axırda, ey könlüm,O qıvrım zülfə sarı, səhv qıldın, bir qədəm getdin.

Maqta — the closing couplet bearing the poet’s pen name. گلی بردی فضولی تحفه حوران بهشتی رانکو رفتی کزین گلشن به داغ آن صنم رفتی

Maqta — the closing couplet bearing the poet’s pen name. Behişt hurilərinə, ey Füzuli, töhfə bir güldün,Əcəb oldu, sənə dağ çəkdi ol ziba sənəm, getdin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love