لطیفست آن پری آن به که از مردم نهان آید
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
لطیفست آن پری آن به که از مردم نهان آیدمبادا گر فتد نور نظر بروی گران آید
Könül, istərdim ol məhru bizə eldən nihan gəlsin,Ona, qorxum budur kim, bədnəzərlərdən ziyan gəlsin.
بسوز ای آتش دل استخوان سینه را یک یکمبادا تیر آن ابرو کمان بر استخوان آید
Yan, ey könlüm, sümüklər də sinəmdə od tutub yansın,Məbada üstüxan tiri-xəm əbruyə nişan gəlsin.
رود صد آه من تا آسمان هر دم وزان هریکبلایی گردد و بر جان من از آسمان آید
Yetəydi asimanə kaş kim, yüz ahi-dil hər dəmKi, olsun hər biri canə bəlayi-asiman, gəlsin.
شدم محروم تا حدی که نگذارد مرا حیرتکه وصل دوست در دل بگذرد یا بر زبان آید
Mən istərdim elə məhrum olam kim, qoymaya heyrətNə vəslindən danışsın dil, nə qəlbə bir zaman gəlsin.
پی دفع رقیب از آه دل یک دم نیم خالییکی از صد هزاران تیر شاید بر نشان آید
Rəqibi dəf qılmaqçün çıxar min ah sinəmdən,Bu min oxdan biri düzgün nişanə var güman gəlsin.
بمردن رست دل از جان و آمد جانب کویتز جان بگذشت از دست غمت تا کی بجان آید
Mən ölməklə könül qurtardı candan, qaldı kuyində,Qəmindən keçdi candan, söylə, canə bəs haçan gəlsin.
Maqta — the closing couplet bearing the poet’s pen name. فضولی نقد جان کردی نثار مژده وصلشچه خواهی کرد گر ناگاه آن سرو روان آید
Maqta — the closing couplet bearing the poet’s pen name. Nisar etdin, Füzuli, nəqdi-canın müjdeyi-vəslə,Nə eylərsən özü birdən gər ol sərvi-rəvan gəlsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qezel-183
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Dərdim bir olsaydı, olmazdı qəmim,Gör nə günə saldı zəmanə məni.
YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.
Ey zavallı bəşərƏlinlə təng qıldın başına bu enli dünyanı,Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.
Sevincim, umudumŞiblinin laləsində,Qızıl piyaləsində,