Əlinlə təng qıldın başına bu enli dünyanı,Yaxıb yandırdın, ey bədbəxt, bu gülşənli dünyanı.

Bəşər, ciddən siyəhiqbalsən ruzi-əzəldən sən,Qaranlıq eyləmişsən kəndinə rövşənli dünyanı.

Dəmirlərdən yaratdın duzəxəndam aləti-cəngi,Məzaristanə döndərdin neçin bu şənli dünyanı?

Dolu olsaydı, ey insan, künuzi-əqlü idrakın,Qanardın çox gözəl surətdə bu məxzənli dünyanı.

Sənə çox-çox yazıqlar olsun, ey xunxar olan insan,İşıqlı günlərə həsrət, səfilü xar olan insan.

Neçün guş etməyirsən, ey bəşər, fərmani-vicdanı,Nasıl ləzzətlənirsən, söylə, qan tökməkdən, ey fani?

Bu xislətlə, əmin ol, dilbəri-amalı görməzsən.Keçər ömrün qaranlıq, pərtövi-iqbalı görməzsən.

Nəsibi-həsrəti-ömrün müsibətdən ibarətmi?İrindən, çirkdən, qandan, fəlakətdən ibarətmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation