Ey səmanın qədim olan qəməri,Saneyi-aləmin münir əsəri.

Köhnə bir aşinayi-aləmsən,Kövkəbi-rövşənayi-aləmsən.

Sərsəri bir həyatə sahibsən,Gah açıq, gah zisəhaibsən.

Yürüyürsən içində əflakın.Olmuş olsaydı nitqü idrakın,

Canlı tarix olardın aləm üçün.Bu cədəlgahi-ərzi matəm üçün –

Adəmin xilqətin bilərdin sən,Xəbər aldıqda söyləyərdin sən.

İlk Adəm nə cür dirildi, qəmər?Dilin olsa, verərdin iştə xəbər.

Niyə qan tökdü Adəm övladı?Qabil imiş o qatilin adı,

İlk qatildə qabiliyyəti-qətl,Əzəlidir əvət, bəliyyəti-qətl.

Ölmək, öldürmək iştə kari-bəşər,Bəşər olmaqdadır “şikari”-bəşər.

Ey əzəl sərsərisi nuri-ləyal.Maziyü hal, bir də istiqbal,

Gələcəklərlə həp güzəştə səninNəzərində bərabər iştə sənin.

Hələ çox-çox yaşar tüluatın,Ey işıq ulduzu səmavatın!

Ey qəmər, ey həyatdan azad,Səncə birdir sürur ilə fəryad.

Xaki matəmdəmi, sürurdəmi,Səncə bir qəm dəmi, sürur dəmi.

Ruhsuz, duyğusuz həyatın var,Bişüurənə kainatın var.

Nəğmeyi-sur ya ki, nə'reyi-çəng.Səncə yekrəngdir və yekahəng.

Toyla matəm yanında birdir, bir,Ey qəmər, ey cavanlıqa, özü pir!

Səd həzaran həyatlər sönüyor,Sırf hiçiyü torpağa dönüyor.

Sönəcəkdir hələ gözəl gözlər,Onları zülməti-ədəm gizlər.

Çox diləffuz çöhrələr sönəcək,Əbədi pərdələrlə örtüləcək.

Sən yenə mehvərində səyyarə,Yenə sən sərsəriyü avarə,

Yenə sən gün içində ruynüma,Yenə parlar kəvakib ilə səma.

Yenə şəbtab olan şu məhtabın –Parladar səthini yerin, abın.

İşığın yerlərə saçar ənvar,Bir daha parlamaz şu əhli-məzar.

Bakı, 2 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets