Nazəndə nəvazişlərin eylər dili lərzan.
Möhriq baxışın etmədədir ruhumu suzan.
Müztər oluyor, titrəyorum, olsa bədidar –
Mir'ati-xəyalımda o simayi-füsunkar.
Mən tazə mübariz olaraq səhni-fənadə,
Qövğadayım ömrümlə bu meydani-vəcadə.
Meydani-həyat içrə mənəm şanlı fədakar,
Bu keşməkeşi-dəhr ediyor ömrümü bizar.
Əkdarımı təxfifə mədar olmağa hər bar –
Əfkarımı tövcih edərəm səmtinə təkrar.
Bir hatifi-qeybi mənə söylər ki: "gərəkməz!"


Yorğun düşərək, xəstəyəm, alamlə məsmum,
Şad etsələr, olmaqdayam artıq daha məğmum.
Mazi imiş ancaq mənə əyyami-məsərrət,
Halım məni tə'zib ediyor, iştə həqiqət.
Mən dinləyorum sövtünü, ey sevgili dilbər:
"Gəl, gəl də, təsəlli edərəm, olma mükəddər",
Dərkən yenə can guşuna bir nətmeyi-ilham –
Söylər ki: "Gərəkməz, geriyə eyləmə iqdam".

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets