Dün axşam idi, mən gəziyordum yetim-yetim,Bir yoldaşım var idi ki: hüzn ilə möhnətim...Bir hüzndür ki, ayrılamaz kölgədir mənə,Parlar bu kölgədə səhəri-şairiyyətim.Məhzun gecən qucağa alır parlaq ayları.Qəm torpağından oldumu aya şu fitrətim?..Ləzzət duyar qəmlər, ələmlərlə varlığım,Şad olduğum zaman mənə qəmdir məsərrətim.Qaçsın yanımdan istəsə yarani-bivəfa, –Qəm yardır mənə, bunu sevmiş təbiətim!Yaşlar gözümdə inci kimi parlayırdılar,Girmişdi şəkli-abə şu atəşli sərvətim.Çeşmim səması parladıyordu o yaşları,Çox yüksək idi şəhri-qəmə hakimiyyətim!Qəmdir ki, ağlasam yaşımı şe'rə döndərir,Qəmlər libas geysə, olurdu hüviyyətim.Kəndim vətəndəyəmsə də, qürbət elindəyəm,Ey hikmətaşina, bunu anlat ki, qürbətim –Kəndi elim, kəndi yerimdir bu gün mənə,Qürbətdəyəm, vətəndə dururkən həqiqətim.Hər bir baxış ki, görmədəyəm, bir ilan qədər –Ağu saçar, mənim yaşayırkən həlavətim.Üzlər soyuq, qəbr daşı sanki çöhrələr,Ey bivəfalər!.. Ölmədi hala hərarətim!..Ən sevdiyim rəfiqəmə baxsam, gözündə var –Bir kölgə, kibr kölgəsi. Amma ki, tinətim –Almaqda intiqamını xəndan bir əfv ilə,İstər fəna, istər eyi-iştə xilqətim!..Olsun dilərsə öz vətənim dari-qürbətim,Ölməz, ilahidir vətəni bir məhəbbətim.Əhli-vətən unutsa məni, mən unutmaram,Bu millətə həp vəqf edilibdir məvəddətim.İstərsə görməsin məni hüssad, qəm yeməm,Parlar, durur gözlər önündə hidayətim.Yüksək səs ilə söylərəm evladi-millətə:Gündən-günə işıqlanacaq qalibiyyətim!Bir qayeyi-əməl mənə caani-candır:Yüksəlsin iştə payeyi-balayə millətim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland