Biri vətənə canım dedi,Biri gözüm dedi,Biri şirin sözüm dedi,Hərə bir ad verdi,Hərə bir şeydə gördüVətəni.Mən səni,Ey qədim, müqəddəstorpağım,Azərbaycanım,nə canım,nə gözümnə sözümçağırıramVətənim! Vətənim! –deyə bağırıram.Canım bu gün var,Sabah yox.Gözüm bu gün var,Sabah yox.Sözüm bu gün var,Sabah yox,Sən isəhəmişə varsan,ulu babalardanhələ doğulmamış,Ancaqdoğulacaq,Kötükcələrəyadigarsan!

Müqəddəs beşiyimOlmusan,Əbədi məzarımOlacaqsan mənim!Vətənim, Vətənim,Vətənim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland