Karvan gedir...
Yəqin tanıyırsınızŞamaxını, uşaqlar,Onun qədim, çox qədimTarixlərdə adı var.
Bu torpağa o zamanGözəl Şirvan demişlər.Onu bir yol görənlərOlar heyran, demişlər.
Bağlarının barına,Dağlarının qarına,Şır-şır bulaqlarına,Cana dərman demişlər.
İpəyi düşmüş dilə,Evləri batmış gülə,Şirvandan neçə elə –Gedir karvan, demişlər.
Belə Şirvandı Şirvan,Uca dağlar içində,Zümrüd rəngə çalardıYaşıl bağlar içində.
Dəvələr yorğun-arğın,Dəvələr qatar-qatar,Sarvanlar gecə-gündüzNə dincələr, nə yatar...
Bir tuluq su götürürBir aylıq yola sarvan,Baxır göydə ulduza,Yerdə hər kola sarvan.
Şirvan qalır arxada,Qarşıda çöl, dağ, dərə,Karvan qum səhrasındaBaş alır yad ellərə.
Dəvələr lökküldəyir,Karvan hara tələsir?Şirvanın nemətiniGözləyir İraq, Misir.
Hindistandan, İrandanEşidilir sorağı,Yaxşı pula satılırŞirvanın hər növrağı.
Tacir imarətindəGözəl eyvanındadır,Onun fikri, xəyalıMal-dövlət yanındadır.
Başı bəlalı sarvan,Evdən aralı sarvan,Özü yollardadırsa,Canı Şirvanındadır.
Qum dənizi narındır,Qumlar necə harındır?!Qum da, mal da, cahan daSanki varlılarındır.
Qumlar hücum eləyirYollara dalğa-dalğa.Sarvan, bəlalı sarvanYenə düşür qabağa.
Ətrafa salır nəzərNə yol vardır, nə koma.Ağır yüklü dəvələrLəkləyir, batır quma.
İrəlidə gedəninEnir, qalxır sinəsi,Xəbər verir sarvanaBoğuq zınqırov səsi.
Mənzil uzaq, yük ağır,Göydən od-alov yağır,Nə çəkmədin, ey fağır,Sən Şirvandan çıxalı?
Bir içim suya həsrət,Şirin yuxuya həsrət,Elə, obaya həsrət,Sən Şirvandan çıxalı.
Yanır dilin, dodağın,Qabar salıb ayağın,Acdır oğul-uşağınSən Şirvandan çıxalı.
Dəvələrə nə var ki,Bir qırpım tikan bəsi!..Sarvanın tuluğu boş,Çörəksizdir heybəsi.
Eybi yox, qul olsa daSarvan, xana, əyana,“Oğlum çıxarar məniBir gün bəlkə bir yana”.
Ürəyindən keçənlərGöydə ulduz qədərdir,Hər qaranın ağı var,Pis gün gəldi-gedərdir.
Sarvan Məmməd güc verirQabarlı ayağına.Düşür qəmli, kədərliKarvanın qabağına...
Dülgərlik eləyərmişMəmməd Şirvandan əvvəl.Bir külfətin çörəyiÇıxmazmış, dolan di gəl!
İndi sarvan olubdur,Yol göstərir karvana.Deyir ƏfzələddinimÇıxsın təki bir yana.
Onun ciyərparası,Gözlərinin qarası,Yaman diribaş imiş,Uşaqların içindəƏfzələddin baş imiş.Məmməd kişi hər səhər,Dolanmaqçın bir təhərGah taxta daşıyırmış,Gah pəncərə hörərmiş,Gah dülgərlik eləyib,Çətin işlər görərmiş.Gecə-gündüz töküb tər,Salarmış öz qırdığıAğaclardan körpülər.Beləcə ötmüş illərSöyləyirlər, deyirlərKi, bu dülgər Məmmədin,Həyatı ağır, çətinOlsa da dözmüş buna,Çalışmış elm oxutsun,Öz istəkli oğluna.Almış ona çox kitab,Öyrətmiş yazı, hesab.Əfzələddin hər səhərDoğmamış günəş hələ,Axtararmış özünəMaraqlı bir məşğələ.Yenə bir səhər erkən
Uşaq qalxıb yerindənGetdi bulağa sarı.Yuyunaraq tərtəmiz,Gördü ki, çöllər təmiz,Qəşəng-qəşəng gül açmış,Sarı bülbül, gül üstəŞirin-şirin dil açmış.Birdən bu vaxt uzaqdaToz qopdu, göyə qalxdı,Uşaq təəccüb iləDayandı, baxdı, baxdı,Gördü ki, bir dəstədir,Hamısı yar-yaraqlı.Hamısı zər geyimli,Hamısı şələ bığlı,Nizəli, narın atlı,Atları yel qanadlı...Uşaq getdi xəyala.İstədi dönsün daha,Sonra dedi: “Dayanım,Öyrənim kimdir gələn?Cəlalından görünür,Padşahdır mən bilən.Dar ağacı qurmağaYenə də baş vurmağaDeyən gedir Şirvana!Uşaq baxdı dörd yana,Hündür bir yerə qaçdı,Kəmərini tez açdı,Sonra da qorxa-qorxaSevdiyi kitabını.Atıb bir susuz arxa,Üstünə qoydu nişanHalı oldu pərişan.Gizlədib kitabları,Qayıtdı yola sarı.Gəlib çatdı atlılar,Atı yel qanadlılar.
Atlar qızıl yəhərliYüyənlər simuzərli,Əllərdə tunc nizələr,Dağa vursan dağ dələr.Qılıncları sərbəsərTutulmuş cavahirə.Atlılardan bir nəfərGörüb ƏfzələddiniDedi: – Oğlan yaxın gəl!Uşaq özü-özünəDedi: “Çatıbdır əcəl?..Yaxın gəldi atlıya,İtirmədi özünü,Baş əyib yerə kimiBelə dedi sözünü:– Salam, şahlar şahına,Yerlərin Allahına!Uşağın cürətinəŞah təəccüb eylədi,Sonra da mehribancaOna belə söylədi:– Adın nədir, ay oğul?– Müzəffərdir, padşahım,Yaranmışam sənə qul.– Yaxşı, bəs sizin kəndəBir yad qonaq gələndəKimlər açır darvazaÇıxır onu pişvaza?– Şah bilməyirmi məgərKəndə gələrsə qonaq,Onu hamıdan qabaqQarşılayır köpəklər?..Bu söz şahlar şahınaYaman eylədi təsir,Dedi: – Yaxşı qulaq ver,Sualıma, anla bir!Kəndinizdə hamıdanBöyük olan varmı? – Var...
Məlumdur ki, dəvələrHamıdan böyük olar.Şahın qızdı gözləri,Hirsdən asdı dizləri,Dedi: – Tifilin biri,Buna bax, lağa qoyurMəğrur bir cahangiri!And olsun bir allaha,Bir, batsam da günaha,Çıxarıb qılıncımıÇaparam inan səni!– Şah sağ olsun, bağışla,Saxladım yoldan səni.Dünya qara bağlamaz,Çapılarsa bir uşaq.Yoldaşların düşüblər,Görürəm səndən uzaq,Yaxşısı ki, atını –Çap onlara çat, şahım.Sən adilsən, yanındaBağışlanar günahım.
Şah gördü ki, uşaqdaAğıl dərya qədərdir,Onu qorxuya salmaq,Nahaq işdir, hədərdir.Dedi: Oğul, olma tərs,Sözlərimə as qulaq,Kimdən almısan ki, dərs,Diribaşsan bu sayaq?..De bir mənə şəhərinKimlərdir ağsaqqalı?İndi anladınmı sənSoruşduğum sualı?Uşaq dedi ki: – Aha,Qurbanam padşaha,Soruşsaydı əzəldənBunu belə aşikar,Hamısını birbəbirSöyləyərdim nə ki, var.Bu söz şahı çox açdı,Güldü, dodağı qaçdı.Əl ataraq kisəyə.Dedi: – Bilmə gedibdirSöhbətimiz nisiyə.Olsun bu ağ abbasıSözlərinin bahası.Uşaq dedi: – Almaram,Lazım deyil mənə pul.Şah dedi: – Al! deyirəm,İnad etmə adam ol!Uşaq dedi: – Almaram,Yoxsa pis olar işim.Atam deyər: abbasıOlarmı şah bəxşişi?”.Şah yenə də hirsləndi,Qəzəblə baxdı ona,Sonra çəkib atım,Düzəldi öz yoluna.Şah yetişdi Şirvana,Bütün öz işlərini,Salan kimi səhmana,Uşaq yadına düşdü.Hər kəslə ki, görüşdü,Onu soruşdu, sordu.Axtardı qarış-qarış,Gəzdi obanı, yurduTapılmadı Müzəffər,Şah dedi: – Bilin, əgərAxşamacan gəlməsə,Haman o uşaq bura,Bütün ağsaqqallarıÇəkdirəcəyəm dara!Əfzələddin eşidibPadşahın bu sözünü,Yüyürüb meydançaya,
Tez yetirdi özünü.Əyilib öpdü yeri,Dedi: – Şahım, bu sirriİcazə ver, açım mən,Şah dedi: – Söylə, oğlan,Müzəffər sən deyilsən?– Xeyir, şahım, bir xətaÇıxdı mənim dilimdən.Gördüm yol üstündəsən,Başında ləşkər, qoşun,Dedim Müzəffər desəm,Bu sözdən gələr xoşun.Çünki yürüşdə hərgahZəfər sözü eşitsəYa bir xaqan, ya bir şah,Qalib dönər vuruşdan.Zəfər qazanar hər an,Adımdır ƏfzələddinOğluyam bir rəiyyətin.– Söylə, bunda nə sirr var,Çıxıb sən yoldan kənarGizlətdin bilmirəm nə...Yola qayıtdın yenə?Uşaq dedi: – Padşah,Deyim, sirrdən ol agah,Şah dedi: – Söylə, söylə!Uşaq söylədi: – Şahım,Ey mənim qibləgahım,Bu dünyada nə ki var:Yerlər, sular, adamlar –Hamı sənin qarşında,Əyilir yerə kimi.Sənsən bizim ölkədəBəndələrin hakimi.Bunu bilirəm mən də,Ancaq o vaxt qoşunla,Sən uzaqdan gələndəAnladım ki, mən gərəkQabağına gələrək,Rəsmi-ədəblə birbaşSalam verim, əyim baş.Nə edim ki, o anda,Mən yol üstə duranda,Yanımda kitab vardı,Dostumdan yadigardı.Bir kitab ki, içindəDünyanın var açarı,Onun hər bir kəlməsiHeyran edir şahları.Bir kitab ki, içindəSirri var hər hikmətin,Onunçun hər biliyiAçmaq deyildir çətin.Haman kitabın yeriGöylərdən də qəlbidir,O kitabda yaşayan,Bir alimin qəlbidir.Odur ki, görən zaman,Şahım, səni uzaqdan,Kitabı qorxa-qorxa,Qoydum susuz bir arxaSonra qayıtdım yenə –Ki, baş əyəndə sənə,Mənimlə əyilməsin,Qabağında kitab da.Çünki şahdan da böyükBir məna var kitabda.
Eşidib bu sözləri,Şahın qızdı gözləri,Söylədi: – Bu uşaqdaDərya qədər ağıl var,Bu camaat içindəBilirəm ki, zay olar.Öz evindən qoparın,Tez, saraya aparın!
Qocalar yalvardılar,Qartlar baş açdılar,Əyanlar bu uşağıGötürdülər, qaçdılar...
... Məmməd düşüb qabağaHey çəkir dəvələri,Batır toza-torpağa,Şirvandan yox xəbəri.
Bilməyir ki, oğlunuApardılar saraya,Bilməyir indi ŞirvanBürünübdür qaraya.
Bilməyir ki, şah onuQorxusundan apardı,El oğlunu zor iləEl içindən qopardı,
Dəvələr qatar-qatar,Ulduzlar çıraq-çıraq,Qarşıdasa hələ varNeçə səhra, neçə dağ.
Ah, bu tikan kolları,Ah, bu karvan yolları,Görən nə vaxt bitəcəkNə zaman qurtaracaq?!
Ürəyində xəyalıBax, o başı bəlalıYol göstərir karvana,Çıxmaq üçün bir yana.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-karvan-gedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
باز دوشم ز راه مهمانیبه خرابی کشید و ویرانی
Bəsi ənduhi ğəm çəkdün dila, dildarı tapıncaBəsi ənduhi ğəm çəkdün dila, dildarı tapınca,Olub ayru-nun-fəraqından anun didarı tapınca.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı