Bəsti
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!Dişlərini oxşatmışam ləli-bədəxşana, Bəsti!Yer üzündə gözəl sənsən, qalanı əfsana, Bəsti!
Qatılsa yüz gözələ ay içində tək görünür,Nütfə deyil halalzada bilin özü pak görünür,Səndən qeyri gözəllərin yaxaları çak görünür,Geyinibdi zər qırmızı, bənzəyir tərlana Bəsti!
Gəşt edib mən görmüşəm, yoxdu taym Gürcüstanda,İrəvan, Gəncə, Bakı, yeddi kral Dağıstanda,Bundan bir ətir gəlir, bəlkə yox baği-rizvanda,Ya huridi, ya pəridi, bənzəyir insana Bəsti!
Belə gözəl bu nişanda şəhər, çöldə görməmişəm,Yanağın gözəlliyini lalə, güldə görməmişəm,Belə ləfzü nə qumruda, nə bülbüldə görməmişəm,Şəmkir üstə xəlq olunub, qeyri eldə görməmişəm.Aşıq Söynü güzəşt elə, getsin Naxçıvana, Bəsti!
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-huseyn-semkirli-besti
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
ور یار دلداری دهد خود چون بود زان نیکتر؟
QorkiyəSən, daşqın dənizlərin qayalarla çarpışan,Yİldırımlar söndürən dalğasından yarandın.
Əsfa, ey ədibi-pakzəmirƏsfa, ey odibi-pakzomir,Daim oldum qəyu dəfnə qərid.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.