Həllac gələr, dağlar atar yayınan,Qayalardan səngi salar çata-çat.Ya qanginən, deyilənə ya inan,Xeyir, şərin çəkəcəklər çata-çat.

Dilin dəysə o narazı nara hey,Ərəsətdə atacaqlar nara, hey,Nar içində ha çəkərsən nara, hey,Ətin ərir, əzan yanar çata-çat.

Yazıq Hüseyn, yaşın yetdi daha sən,Cəhd elərsən, yekin yetər dəha, sən,Nə anlarsan, nə qanarsan daha sən?Səksən il də dərs alasan çata-çat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets