Əfkari-pərişan, ya ki təraneyi-təhəyyüranə
Bu dəhrdə ismi-bimüsəmma –
Hürriyyətü ədldir, müsavat.
Tə'miminə sə'y edər xəlaiq,
Aləmdə vücudu varmı? Heyhat!
Çox fərzi-məhaldır vücudi,
Sə'y ilə olurmu nəfyi isbat?
Madam zəmanədə qərəz var,
Mərdüm qərəzi edər müraat.
Əlbəttə məhalü mümtənə'dir –
İmkani-ədalətü müsavat.
Dünyanı qərəz verir fənayə,
Məxluqi qərəz salır bəlayə.
Madam qərəzə olur müraat,
Məxluqdə eyşü rahət olmaz.
Əhli-qərəzin şəqavətindən –
Övladi-vətən səlamət olmaz.
Əhli-qərəz olsa xəlqə rai,
Mər'ilər üçün rəfahət olmaz.
Gər əhli-qərəz kənarə olsa,
Bidadü cəfavü möhnət olmaz.
Hürriyyət olar o dəm nümayan,
Nə zülmü nə bir əsarət olmaz.
Azad olar xəlq dərdü qəmdən,
Təzyiqi-əsarətü sitəmdən.
Ey əhli-qərəz, utan, həya qıl!
Əl çək bu dəni ləcacətindən!
Bu milləti xarü zar qılma –
Qəlbində olan qəsavətindən!
Tökdürmə əbəs dimai-xəlqi –
Zatında olan şəqavətindən!
Bu milləti verməgəl fənayə –
Bir hübbi-cəlalü şövkətindən!
Ey heykəli-şumi şülmü bidad!
Yoxmu xəbərin qəbahətindən?!
Sən afəti-mülkü millət oldun,
Müstövcibi-lə'nü nifrət oldun!
Hər mülkdə ədl ömr qılsa,
Məxrubə olur o yerdə tə'mir.
Gər sən kimi zalim olsa...
Mə'murə olur orada tədmir.
Vəhm eylə çəkib qılanda məzlum
Ahi-səhəri duayi-şəbgir;
Məzlum qədi-xəmidəsilə –
Hərgiz edəməz xəta atan tir.
Ə'malın edib təcəssüm axır –
Eylər səni şiri-qəhrə nəxcir!
Sən afətü fitneyi-cahansan,
Məxluqə bəlayi-nagəhansan!
Zülmü sitəmin salıbdı xəlqi –
Bir hali-təəssüf iştimalə –
Kim, xəlq, donar damarda qanı,
Salcaq qəmi-millətı xəyalə.
Vadar qılan deyilmisən sən!
Qardaş ilə qardaşı qitalə?
Sən hamiyi-mülkü millət olsan,
Uğrarmı vətən bu ixtilalə?
Sən peyrəvi-şəriət olsan,
İslam düşərmi böylə halə?
Məxluqi, – yetər bu zülmü bidad, –
Azad elə, ol özün də azad!
Bu ahü fəğanü dadü fəryad –
Daş qəlbinə eyləməzmi tə'sir?
Xoşdurmu sənə bu qətlü qarət,
Əşrar eləyən bu darü bu gir?
Zülmündən olur əzizlər xar,
Bilcümlə günahü cürmü təqsir
Məzlum qılanda şikvə ağaz,
Xəlqin də olur sözü girəhgir.
Ey hiylə ilə qəsavətində,
Həm gürgi-cavanü rubəhi-pir,
Ə'malın edər səni giriftar –
Axır qəmü dərdə, ey cəfakar!
İstərsən əgər bəqayi-mülkün,
Bu kibrü məniyyətindən əl çək!
Hürriyyəti bəxş edib ənamə,
Təzyiqi-əsarətindən əl çək!
Bir kimsə deməz sənə ki...
Gəl sən bu riyasətindən əl çək!
Qanun üzərinə qıl riyasət,
Dəhşətli siyasətindən əl çək,
Şurayə işin mühəvvəl eylə,
Əhrarə ədavətindən əl çək!
Ədl ilə ənamı dəstgir et,
Azad elə doğrudan əsir et.
İnsan nədi? Yə'ni qabili-üns.
Gər böylə isə nədir bu vəhşət?
Vəhşət nədi? Yə'ni zülmü icbar.
İcbar nə? Suyi-istifadət,
Məxluq ki, hürr xəlq olunmuş,
Etmək onu bəsteyi-əsarət,
Təhdid ilə etmək həqqi təhdid,
Qoymaq sitəm adına ədalət,
Mə'sumlər üstə amir olmaq –
Hər zalümi dunü bikifayət.
Qıldıqca nəzər bu faciətə,
Nifrət eləyir könül həyatə.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-efkari-perisan-ya-ki-teraneyi-teheyyurane
Use ← → keys to move, R for a random poem
More by this author
Çöhreyi-dilbərani-fəttanı –Baxışımla öpən zamanda dərəm:
Əzhari-əfkarHəqiqət, ey bəşərin sərmədi ilahəsi, çıx!Görün qaranlığa batmışlara camalın açıq!
Pəyami-dilaramNisaiyyuna işarət*İstanbulda cinsi-lətif darülfünuna qəbul edilir.*
Bahari-əfkarQəlbimdə sənə bir əzəli eşqü məhəbbət –Vardır, gözəlim, bəxş qılıb həzrəti-fitrət.
Poems by other poets
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Hər kəsdə kəmal olmasa ürfanlığa dairHər kəsdə kəmal olmasa ürfanlığa dair,Nitq edə gərək bisərü samanlığa dair.