Çöhreyi-dilbərani-fəttanı –Baxışımla öpən zamanda dərəm:Rəngi-alı onun üçün sevərəm –Öpüyor qızların dodaqlarını.

Bir çiçək var ki, gülşənaradır,Bir çiçək var ki, ruhi-cəmiyyət;Qönçeyi-buydari-nisviyyət,–Bu çiçək də cahanpiradır.

Nə deməkdir qadın? İlahi-həyat,Ruhbəxşayi-adəmiyyətdir,Aferinəndeyi-səadətdir.Qadını pərdəpuş olan, yerə bat!

Mələki-ərzdir nisayi-cahan,Buyü rəngi-həyatü hürriyyət,Maderi-feyzkari-nisviyyət,Yaşa, ey aləmə həyat saçan!

Ey qadın, ey qaranlıq içrə sabah!Ey həyatın lətif bir səhəri,Ey cahanın işıqlı bir gühəri,Örtülü olduğun yer iştə siyah.

Qərbi parlatdıran camalındır,Çarşafın Şərqi pərdədar etmiş,Sübhü yox şəbliqa diyar etmiş.Sübhi-sadiq sənin məalındır.

Açıl, ey sübhi-sadiqi-millət,Gecə geymiş həyatımızsa yetər!Parla, ey canlı nur, canlı səhər,Ərisin bizləri udan zülmət!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring