Ustad Əkrəmə

Ey millətin ədibi-bəlağətpənahi, ah,Ey xameyi-fəsahəti gülbangi-intibah!Kilkində vardı nəğmeyi-tabani-inşirah,Qəbrin necəysə, cismin ona oldu bir sabah.Söndün əgərçi, sönməyəcək nuri-fikrətin,Ey şairi-yeganəsi biçarə millətin.

Zülmətli bir mühitdə parlaq ziya idin,Şərq aləmində məş'ələdari-rəha idin.Məğribdə olmasan da, Şərqdə sən bir düha idin,Bir şairi-bülənd idin, aləmbahar idin.Şimdi bəyaz kəfənlə türabi-siyahdə,Yatmaqdasan müəbbəd olan xabgahdə...

Sonra qovuşdun iştə sevimli Nijadına,Əkrəm, yetişdi cismi-zəifin Fuadına.Rahət uyu, çünki erişdin muradına,Öldünsə də, bu qədri-ölüm canlı adına.Ərbabi-fəzli öldürəməz mövti-biaman,Namın əbədhəyatdır, ustad, hər zaman!

Sən ağladın Nijadına hər şam, hər səhər,Göz yaşların ki, oldu birər şe'ri-şö'ləvər.Ol şe'rlərlə parladı zülmətli fikrlər,Ey rəhnümayi-mə'rifət, ey mə'nəvi pədər!Övladi-mə'nəvilərin də bu gün giryəbardır,Hər zində cəlbi-naminin üçün bir məzardır.

Heykəl tigərmi namına, bilməm ki, millətin,Parlaq bir abidəylə parıldarmı türbətin?Ey şairi-Nijadı cahani-bəlağətin.Susdu əcəl əliylə dili şairiyyətin.Madam afitab ziyabəxşi-xakdır,Sönməz o nami-Əkrəmin, ədəbi tabnakdır.

Olduqca qönçələr çəmənaravü bufəşan –Əş'arının çiçəkləri olmaz xəzannişan.Hərdəm bahardır bu gülüstani-dilsitan,Baqi çiçəklərin var, əya fani bağiban!Torpaqlar içrə olsa da cismin ədəmgüzin,Şe'rin həyat içindədir, ey şairi-həzin!

Bakı, 15 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring