Ay ariflər, nə kəmtale qul oldum,El içində haqqı zay olan canım.Qədirbilməzlərin qədrini aldım,Əməyi itibən zay olan canım.

Bağban idim bağda bar səbəbinə,Bülbül idim gülüzar səbəbinə,Biilqar, bivəfa yar səbəbinə,Divanə Məcnuna tay olan canım.

Məhəmmədəm, bir murada yetmədim,Baş götürüb qalmaqaldan getmədim,Öz oxumu bir mənzilə atmadım,Özgələr oxuna yay olan canım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring